Obama Pakistanla münasibətlər barədə

Barack Obama Nawaz Sharif ilə, 22 oktyabr, 2015-ci il

-

ABŞ prezidenti Barack Obama deyir ki, ABŞ-ın Pakistanla münasibətlərinin dərinləşdirilməsini istəyir. Obama bunu oktyabrın 22-də deyib. Həmin gün Pakistanın baş naziri Nawaz Sharif-lə Ağ Evdə görüş keçirib.

Obama görüşdən öncə bildirib ki, ABŞ və Pakistanın təkcə təhlükəsizlik deyil, elmi və iqtisadi münasibətlərinin də tarixi dərindir.

Rəsmilərin sözlərinə görə, liderlərin müzakirə gündəminə ABŞ-ın İslamabada maliyyə yardımı, Əfqanıstanda yubanan sülh danışıqları daxildir.

Sharif-in səfərindən bir həftə öncə Obama qərar verib ki, ABŞ əsgərləri 2016-cı ildən sonra da Əfqanıstanda qalsın.