Ukraynada seçkiyə 2 gün qaldı

-

Oktyabrın 25-də Ukraynada keçiriləcək yeli seçkilər prezident Petro Poroshenko üçün bir sınaq sayılır.

Seçki rusiyapərəst separatçıların nəzarətində olan ərazilərdə keçirilməyəcək.

Hazırda Ukrayna Avropanın ikinci ən yoxsul ölkəsinə çevrilməkdədir.

Düz 20 ay öncə ölkə eks-sovet liderini devirdi və üzünü qərbə çevirdi. Ancaq Rusiyanın Krımı anneksiya etməsi və ölkənin şərqində separatçıların üsyanı ölkə iqtisadiyyatını laxlatdı.

Bu arada Poroshenko hökumətinin populyarlığı kəskin düşüb. Baş nazir Arseniy Yatsenyuk-un reytinqi sıfırdan biraz yuxarıdı.

Təhlilçilərin fikrincə, əhalinin Qərbin Ukraynanı silahlandırmamasından məyusluğu nəticədə ifrat sağçılarım və rusiyapərəst qrupların üstünlük qazanmasına gətirib çıxara bilər. Belə bir nəticə isə Poroshenko koalisiyasının parçalanmasına səbəb olar.