FİFA prezidentliyinə yeni namizəd

Foto arxiv

FİFA-nın keçmiş baş katibi Jerom Şampan (Jerome Champagne) növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürüb.

Xarici KİV-lərin məlumatına görə, o artıq bununla bağlı FİFA-ya rəsmi sənəd təqdim edib.

Qeyd edək ki, Jerom Şampan bundan əvvəlki prezident seçkisində də namizədliyini irəli sürmüş, amma sonradan geri götürmüşdü.

Bundan əvvəl İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Braziliya millisinin keçmiş futbolçusu Ziko da namizədliklərini irəli sürüblər.

Namizədlərdən biri də FİFA prezidenti Michel Platinidir.

Amma FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı onun fəaliyyətinin 90 günlük dayandırılması və istintaqa cəlb edilməsi bunu əngəlləyə bilər.

Təşkilatın istefa verən prezidenti Sepp Blatter də hazırda istintaq altındadır.

O yeni prezident seçkisinədək səlahiyyətlərini icra eləməli idi, Amma onun da fəaliyyəti bu qalmaqala görə 90 günlük dayandırılıb.