Ekologiya Nazirliyi suitilərin kütləvi ölümü ilə əlaqədar Abşeron sahillərinin şimal-şərq hissəsində monitorinqə başlayıb.
Nazirliyin məlumatına görə, heyvanların ölümünün səbəbi məlum deyil.
Ölmüş suitilərindən götürülən nümunələr analizə göndərilib, analizin nəticələri iki həftə sonra məlum olacaq.
2001-2002-ci illərdə də suitilərin kütləvi ölümü qeydə alınmışdı.
Həmin vaxt heyvanların ölümünə “it taunu” adlandırılan virus səbəb olmuşdu.