Azərbaycanda Ümumdaxili məhsul artacaq

Foto arxiv

Beynəlxalq Valyuta Fondu Azərbaycanda Ümumdaxili məhsulun artacağını bildirir.

Fondun regional icmalına görə, 2015-ci il üçün Azərbaycanda ÜDM-in nominal həcmini $64 mlrd, 2016-cı ildə $63,6 mlrd səviyyəsində proqnozlaşdırır. Hökumətin proqnozu isə 2015-ci ildə 57,1 mlrd manat, 2016-cı ildə 57,7 mlrd manat civarındadır.

BVF-nin hesablamalarına görə, artım əsasən neft hasilatı hesabına olacaq.

Bu il Azərbaycanda sutkalıq neft hasilatı 0,95 mln barrel (ötən illə müqayisədə + 100 min), 2016-cı ildə isə 1,07 mln barrel həcmində proqnozlaşdırır.