Şamaxıda yumurtanın neçəyə satılması Vatikanı niyə maraqlandırıb?

Fərid Ələkbərli.

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Vatikanda Azərbaycan izləri

«İz»in bu sayı tarixçi alim, AMEA Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Ələkbərlinin Vatikan çalışmalarına həsr olunub.

Fərid Ələkbərlinin 2010-cu ildən başlayan Vatikan çalışmaları sona çatmaqdadır. Artıq ilin əvvəlində «Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar» adlı kitab daçapdan çıxıb.

-Araşdırmalar hansı istiqamətdə aparıldı?

-Tarixçi alim Vatikan arxivlərində Azərbaycana aid nələr tapdı?

- Fərid Ələkbərli Vatikan çalışmalarında hansı problemlərlə üz-üzə gəldi, hansı sürprizlərlə üzləşdi?

-Roma Papası şah Abbasa məktubunda nə yazmışdı?

-Avropa missionerləri Azərbaycanda gördüklərini necə təsvir edirdilər?

-XV əsrdə Şamaxı bazarında yumurtanın qiyməti missionerləri niyə maraqlandırıb?

-«Toz basmış əlyazmalar» ifadəsi nə dərəcədə özünü doğruldur?

-Və nəhayət, Vatikan öz nəhəng xəzinəsini necə saxlayır, necə qoruyur, nəyə daha çox diqqət ayırır?

Bu və bənzər suallara oktyabrın 25-də, saat 23-də «İz» proqramında cavab tapa bilərsiniz.

Verilişin bələdçisi Vatikan arxivlərində Azərbaycan izi axtaran Fərid Ələkbərlidir.

Bu «İz»i itirməyin.