17 saylı dairə YAP-sız qaldı

Seçki.

-

17 saylı Yasamal Üçüncü seçki Dairəsində Yeni Azərbaycan Partiyasının namizədi deputat olmaq istəyindən əl çəkib. Bu partiyanın təmsilçisi Lalə Əhmədova namizədliyini geri götürüb.

Dairə Seçki Komissiyasından verilən məlumata görə, L.Əhmədova könülli olaraq bu addımı atıb.

Lalə Əhmədova hazırda Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır.

İndi bu dairədən 6 namizəd qalıb. Onlar AZADLIQ-2015 blokundan Şahin Abbasov, BAXCP-dən Dünyamalı İmaməliyev, ADİSP-dən Cavid Quliyevdir. Digər 3 namizəd - İlhamiyə Rzayeva, Elşad Həsənov və Mehriban Allahverdiyeva bitərəfdir.

Bir müddət öncə Milli Şura sədri Cəmil Həsənlinin də açıqladığı siyahıda 17 saylı dairədən YAP namizədinin deputat olmayacağı qeyd edilirdi.