Siyasətçilərin analoqu olmayan reytinqləri- [fotolar]

Putinin reytinqinin 86% göstərilməsi ənənəsi hələ 2015-ci iyunundan pozulub. Həmin vaxt “Levada-tsentra” yerli araşdırma mərkəzi prezidentin reytinqinin 89%-ə çatdığını elan etmişdi

İndi Ümumrusiya İctimai Rəy Mərkəzinə inansaq, Putin 89.9% reytinqlə hətta Azərbaycan prezidentini belə geridə qoyub. Son sosioloji sorğuların nəticələrinə görə, İlham Əliyevi ölkə əhalisnin 89.7%-i dəstəkləyir. Əliyev indi özünə bir şeylə təsəlli verə bilər ki, onun hazırkı reytinqi sonuncu dəfə 2013-cü ildə keçirilmiş prezident seçkilərində topladığı səsdən çoxdur.

Tacikistan prezidentinin də Putinin arxasında başıaşağı dayanmasına səbəb var: 1992-ci ildən ölkyə rəhbərlik edən Emomali Rahmon öz reytinqinə görə Rusiya liderindən geri qalır . 2013-cü ildəki prezident seçkilərində o, cəmi-cümlətanı 83.92% səs yığıb.

Putin öz reytinqini Nazarbayevin 2015-ci ilin aprelində keçirdiyi növbədənkənar prezident seçkilərində toplamış olduğu 97.75%-ə çatdırmaq üçün hələ çox səy göstərməlidir.

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov 2012-ci il seçkilərində Nazarbayevdən daha az səs yığıb. Vur-tut 97.14%. Amma əvəzində o, Aşqabadda qızıl suyuna çəkilmiş əbədi heykəli ilə öyünə bilər.

1995-ci ildən etibarən İraq konstitusiyasına əsasən, dövlət başçısı referendum yolu ilə 7 il müddətinə seçilməyə başladı. Həmin il oktryabrın 15-də Saddam Hoseyn ümumxalq səsverməsində 99.96% iraqlının etimadını qazandı. 2002-ci il referendumunda “Saddam Hoseynin prezident postunda qalmasına razısınızmı” sualına, rəsmi məlumata görə, seçicilərin 100%-i “hə” cavabı verdi. Bundan cəmi bir il sonra isə Saddam Ad-Daur kəndində bir evin zirzəmisində həbs olundu. 2006-cı il noyabrın 5-də İraqın Ali cinayət tribunalı onu şiələrin qətliamında təqsirli bilərək, ölüm hökmünə məhkum etdi. Hökm həmin il dekabrın 30-da icra olundu.
 

Bəzi məlumatlara görə, Rumıniya prezidenti Nikolae Chaushesku həyat yoldaşı ilə birgə 1989-cu il dekabrın 25-də edam edilməzdən az əvvəl onun reytinqi 90%-dən artlq olub. Onun rəhbərlik etdiyi “Sosialist Birliyi Cəbhəsi” seçkilərdə adətən məhz bu qədər səs toplayardı.

2005-ci ildə Misir prezidenti Hosni Mobarak ölkə tarixində ilk dəfə alternativ namizədlərin olduğu seçkilərdə iştirak edərək, 6-cı dəfə prezident kreslosuna oturdu. Bundan 6 il sonra, 2011-ci ilin fevralında xalq hərəkarı nəticəsində vəzifəsindən getməli oldu. Məhkəmə qarşısına çıxarıldı.  Korrupsiyada və dinc nümayişçilərin ölümündə təqsirli bilinərək, ömürlük azadlıdan məhrum edildi. 2014-cü ildə keçirilən təkrar məhkəmə prosesində həmin ittiham ləğv edilsə də, bu qərar tezliklə ləğv olundu. Ağır xəstə olan Mobarakın yeni məhkəməsi bu ilin noyabrında başlanacaq.

Üzərində “Axtarışdadır” sözü yazılmış, onun altında da Tunisin eks-prezidenti Zin al-Abidin Ben Alinin şəkli verilmiş plakatı tutan şəxs ərəb baharının ilk inqilabı zamanı Tunisdən Səudiyyə Ərəbistanına qaçmış sabiq dövlət başçısının qiyabi məhkəməsinin izləyicilərindən biridir. Məhkəmənin 2011-ci il iyunun 20-də çıxardığı hökmə əsasən, Ben Ali 35 il müddətinə azadlıqdan məhrumetmə və 40 milyon avro məbləğində cərimə ilə cəzalandırılıb. Bundan bir il sonra Tunisin hərbi tribunalı Ben Alini ölkədə etiraz aksiyalarının yatırılması zamanı nümayişçilərin ölümündə təqsirli bilərək, ömürlük azadlıqdan məhrum edib. Bu hadisələrdən az əvvəl, 2009-cu ildə keçirilmiş prezident seçkilərində Ben Ali seçicilərin 89.62%-nin səsini almışdı.

Qayıdaq postsovet məkanına. Plakatdakı şəkil 1990-cı ildən Özbəkistana rəhbərlik edən İslam Karimovun şəklidir. Son illər onun reytinqi durmadan aşağı enir. Əgər 2007-ci ildəki seçkilərdə Karimov 90.76% səs toplamışdısa, 2015-ci ildəki səsvermədə bu göstərici 90.39% olub. 

Ancaq postsovet məkanında reytinqin yüksək olması hakimiyyətdə rahat qalmağa təminat vermir. Söhbət SSRİ-nin prezidenti kimi Bişkekə sonuncu səfərini edən şəkildəki Mixail Gorbachovdan getmir. Arxa plandakı fiqura diqqət yetirək – bu, Qırğızıstan SSR-in o zamankı rəhbəri Askar Akayevdir. O, 2000-ci ildəki prezident seçkilərində 76.4% səs yığsa da, 5 il sonra Zanbaq inqilabı nəticəsində Rusiyaya qaçmaq məcburiyyətində qalıb. Hələ də orada yaşayır.