-
Ukraynada bazar günü mer və yerli şura təmsilçiləri seçildilər. Bu yerli seçkilər Prezident Petro Poroshenko-nun kövrək hakim koalisiyası üçün bir sınaq sayılırdı.
Rusiyapərəst separatçıların nəzarətində olan, eləcə də Rusiyanın ilhaq etdiyi Krım yarımadasından başqa ölkənin bütün ərazisində seçki baş tutdu. Mariupolda da seçki məntəqələri bağlı qaldı. Belə ki, bülletenlərin nüfuzlu maqnat Rinat Akhmetov-un şirkətində çap edilməsi mümkün saxtakarlıq sarıdan narahatlıq yaratmışdı.
Poroshenko-nun Həmrəylik partiyasının daha çox yer qazanacağı gözlənir. Ancaq prezidentin reytinqi 26 faizə düşüb. Səbəb iqtisadi çətinliklər və ölkənin şərq hissəsindəki siyasi çaxnaşmadır.
Keçmiş prezident Viktor Yanukovych-in Regionlar Partiyasının keçmiş üzvlərinin yaratdığı Müxalifət Partiyasının da bəzi nəticələr əldə edəcəyi gözlənir.
Ukraynanın şərqində yerli hakimiyyətdə hələ də rusiyapərəst siyasətçilər qalmaqdadır.