-
Çin liderləri ölkənin gələn beş il üçün iqtisadi inkişaf proqramı hazırlayırlar.
Kommunist Partiyası rəsmiləri oktyabrın 26-da Pekində toplaşıb, 2016-2020-ci illər üçün beşillik plan hazırlamağa başlayıb.
Qərb təhlilçilərinin fikrincə, yeni iqtisadi plan iqtisadi artımı 6.5 faiz və ya daha az nəzərdə tutacaq. Bu ilin üçüncü rübündə artım 6.9 faizə düşüb ki, bu da altı ildə ən aşağı səviyyədir.
Yeni planda həmçinin ətraf mühit və sosial hədəflərin, alternativ enerji mənbələrindən istifadənin önə çəkiləcəyi gözlənir.