FİFA prezidentliyinə yeni namizəd

Foto arxiv

Asiya Futbol Konfederasiyasının rəhbəri Salman İbrahim Əl-Xəlifə FİFA prezidentliyinə namizədliyini verib.

Xarici KİV-lərin məlumatına görə, o, artıq bununla bağlı FİFA-ya rəsmi sənədlərini təqdim edib.

FİFA-nın keçmiş baş katibi Jerom Şampan da bu günlərdə növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürüb.

Bundan əvvəl İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Braziliya millisinin keçmiş futbolçusu Ziko da namizədliklərini irəli sürüblər.

Namizədlərdən biri də FİFA prezidenti Michel Platinidir.

Amma FİFA-dakı korrupsiya qalmaqalı ilə bağlı onun fəaliyyətinin 90 günlük dayandırılması və istintaqa cəlb edilməsi bunu əngəlləyə bilər.

FİFA-da prezident seçkiləri gələn il fevralın 26-ı keçiriləcək.