İran insan haqlarına maraq göstərir

BMT-nin xüsusi məruzaçisi Ahmed Shaheed

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi bildirib ki, Tehran ölkədə insan haqlarının vəziyyətini BMT ilə müzakirəyə etməyə maraq göstərib.

BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi bildirib ki, Tehran ölkədə insan haqlarının vəziyyətini BMT ilə müzakirəyə etməyə maraq göstərib.

Ahmed Shaheed hazırladığı illik hesabatı Baş Assambleyaya bu həftə təqdim etməlidir və deyib ki, hazırkı hesabat ötən illərdəkilərlə müqayisədə “bir qədər daha nikbindir”.

Shaheed söyləyib ki, İranın BMT ilə daha sıx əlaqələrə can atması belə fikri yürütməyə əsas verir.

Bununla yanaşı, məruzəçi qeyd edib ki, İran ölkədə insan haqları vəziyyətinin yaxşılaşdırılması istiqamətində hələ çox iş görməlidir.

O yada salıb ki, İranda edamların sayı artmaqdadır və ölkədə 40-dək jurnalist məhbus edilib.