Zəlzələ qurbanlarının sayı 300-ə yaxınlaşır

Calalabadda xəstəxana, zəlzələdən sonra

-

Oktyabrın 26-da Əfqanıstanın şimalında baş verən güclü zəlzələdə 60-dan çox insan həlak olub. Qonşu Pakistanda isə azı 228 nəfərin ölməsi barədə məlumatlar var.

Ölü sayının artacağı gözlənir. Belə ki, xilasedicilər ucqar ərazilərə çatır. Güclü yağışın törətdiyi palçıq sürüşmələri bəzi hallarda onlara mane olur.

Zəlzələnin gücü 7.5 bal olub, azı bir dəqiqə çəkib, Kabil, İslamabad, Dehlidə binalar silkələnib, əhali küçələrə qaçıb. Titrəyişlər Orta Asiyada da hiss olunub.