Polşa müxalifəti təkbaşına hökumət quracaq

Jaroslav Kachinsky

Ötən bazar Polşada keçirilən parlament seçkilərinin yekun nəticələri elan edilib.

MSK-nın məlumatına görə, “Haqq və Ədalət “partiyası ölkə tarixində ilk dəfə olaraq təkbaşına hökumət yarada biləcək.

Jaroslav Kachinskynin rəhbərlik etdiyi bu partiya səslərin 37,58 faizini toplayıb ki, bu 460 yerlik seymdə 335 mandat deməkdir.

İkinci yerdə 24,09 faiz səslə hakim “Vətəndaş platforması” partiyası gəlir.

Bu bartiyaya indiki baş nazir Eva Kopacz rəhbərlik edir.

Beləliklə hakim partiya müxalifətə keçməli olacaq.

Həmçinin parlamentin yuxarı palatası olan Senatdakı 100 yerdən 61-ni “Haqq və Ədalət “partiyası qazanıb.

Prezident Andrzej Duda 1 ay ərzində Seymin iclasını çağırmalı və hökumət həmin iclasda istefaya göndərilməli, bundan sonra isə qalib partiyaya hökumət yaratmaq tapşırılmalıdır.