ABŞ hava zərbələrini intensivləşdirəcək

Ash Carter

“Vaşinqton yaxın həftələrdə Suriyada hava kampaniyasını genişləndirəcək”.

Bunu oktyabrın 27-dəPentaqonun rəhbəri Ash Carter bəyan edib.

Carter senatorlara bildirib ki, ABŞ əlavə təyyarələr cəlb etməklə İslam Dövləti qrupuna qarşı kampaniyanı intensivləşdirəcək.

Pentaqon rəhbəri bildirib ki, İslam Dövləti qrupunun əsas hədəfləri və onun vacib maliyyə strukturu olan neft müəssisələrnə daha çox zərbələr endirəcək.

ABŞ baş qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri Joseph Dunford isə Senatda bildirib ki, kəşfiyyatda olan məlumata görə, hazırda Suriyada azı 2 min İran qüvvələri vuruşur.

Qeyd edək ki, Rusiya ilə İran Suriya müharibəsində prezident Bsshar Assadın, ABŞ və onun müttəfiqləri isə Suriya rejiminə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Rusiya sentyabrın 30-dan Suriyada hava zərbələrinə başlayıb.

Moskva əsas hədəfin İslam Dövləti qrupu, Qərb isə Bashar Assada qarşı mübarizə aparan üsyançıların olduğunu deyir.