Yəməndə xəstəxana dağıdılıb

Kunduzda dağıdılmış xəstəxana

-

Sərhədsiz Həkimlər (MSF) bildirir ki, Yəmənin şimalında Saada vilayətində xəstəxanası dağıdılıb. İtkilər barədə məlumat yoxdur.

İlk zərbə oktyabrın 26-da xəstəxana administrasiyasının yerləşdiyi binaya dəyib. İkinci zərbə 10 dəqiqə sonra endirilib. Ancaq o vaxta bütün işçilər və xəstələr təxliyə olunub.

MSF xəstəxananın “99 faizinin dağıldığını” bildirib.

Zərbəni Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın endirməsi barədə suala koalisiya sözçüsü “elə deyil” cavabını verib. Koalisiya Yəməndəki husi yaraqlılarına zərbələr endirir.

Bu, MSF xəstəxanasına bu ay artıq ikinci zərbədir. Oktyabrın əvvəlində Əfqanıstanın Kunduz şəhərindəki xəstəxana vurulub, azı 23 nəfər həlak olub.

Yəməndəki toqquşmalarda martdan bəri 5 min 600-dən çox ölən olub. Onlardan 2 min 600-ü dinc sakinlər idi.