Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Anderlext" azarkeşlərinə təzminat ödəyib.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun meneceri German van Holsbek məlumat verib.
O komandanın "Qarabağ"la oyuna bağmaq üçün Bakıyadək uzun yol qət edən azarkeşlərə jest etdiyini bildirib.
Bakıya gələn "Anderlext"in 53 azarkeşinə maddi təzminatla yanaşı, futbolçuların imzaları olan formalar da verilib. Onlar həmçinin tanınmış futbolçuların müşaiyəti ilə klubun bazasında olublar.
Həmin azarkeşlərə "Tottenhem"lə səfər görüşlərinin biletləri 34 avroya, "Monako" ilə oyunun biletləri 12 avroya, "Qarabağ"la Belçikadakı oyunun biletləri isə cəmi 4 avroya satılacaq.