Fransa Suriya ilə bağlı plan olduğunu deyir

Laurent Fabius

Fransa müttəfiqləri ilə birlikdə Suriyada siyasi keçidlə bağlı plan üzərində işlədiyini deyir.

Xarici işlər naziri Laurent Fabiusun sözlərinə görə, planda Suriya prezidenti Bashar Assadın ölkədən getməsinə dəqiq təminat nəzərdə tutulur.

O belə bir bəyanatla ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı,Türkiyə, İordaniya, Qətər və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələrinin oktyabrın 27-də Parisdə keçirilən görüşündən sonra çıxış edib.

Suriyanın yaxın müttəfiqləri Rusiya ilə İran bu görüşdə iştirak etməyiblər.

Moskva ilə Tehran Suriya böhranı ilə bağlı oktyabrın 29-30-da Vyanaada keçiriləcək sammitdə iştirak edəcəklər.

Vyana görüşündə ABŞ, Rusiya,Türkiyə və Səudiyyə Ərəbistanı iştirak edəcək.

Sonradan sammitə İran, Misir və Livan da qoşulacaq.