-
N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Kanadanın Monreal Universiteti ilə astrofizika sahəsində birgə əməkdaşlıq proqramlarını müzakirə edib.
İlkin razılaşmalara görə, süni peyklər vasitəsilə həyata keçirilən kosmik layihələrdə Şamaxı Astrofizika Rəsədxanası da iştirak edəcək.
Şamaxı Astrofizika Rəsədxanasının iki metrlik teleskopunda optik diapazonda maraqlı kosmik obyektlərin, ultrabənövşəyi və rentgen diapazonlarda isə süni peyklərdən sinxron müşahidələri nəzərdə tutulur.