-
ABŞ Dövlət katibi John Kerry deyir ki, Suriyaya dair gözlənən çoxtərəfli danışıqlarda siyasi həllin dərhal tapılması mümkün olmayacaq, ancaq bu danışıqlara böyük ümid bəsləyir. Kerry oktyabrın 28-də Vaşinqtonda danışıb
Danışıqlar oktyabrın 29-30-da Vyanada keçiriləcək. Danışıqlarda ilk dəfə olaraq İran da iştirak edəcək. İran Assad-ın əsas tərəfdarı sayılır.
Rusiya və İran hesab edir ki, Assad keçid hökumətinin bir hissəsi olmalıdır. Birləşmiş Ştatlar və müttəfiqləri isə Suriya liderinin getməsini istəyir.