2015-ci ildə “Saxarov” mükafatı Səudiyyə Ərəbistanından olan blogger Raif Badawiyə verilib.
31 yaşlı blogger 2012-ci ildə dini polisi tənqid etdiyinə görə saxlanıb, islamı təhqir eləmə ittihamı ilə 10 il həbs və 1000 şallaq cəzasına məhkum edilib.
Şallaq cəzasının 50-si oan bu ilin yanvarında camaat qarşısında vurulub.
Qalan şallaq cəzası isə onun səhhəti və beynəlxalq etirazlara görə, 10- dəfədən çox təxirə salınıb.
Avropa Parlamentinin deputatı Tamas Meszerics bildirib ki, Avropa Səudiyyə Ərəbistanında insanların azad fikrə görə işgəncə və ölümlə üzləşməsinə göz yuma bilməz.
50 min avroluq bu mükafatı 1988-ci ildə Avropa Parlamenti təsis edib.
Mükafat hər il insan haqları və azadlıq uğrunda mübarizə aparan ayrı-ayrı şəxslər və qruplara verilir.