Rusiyanın Federal Aviasiya Agentliyi iki ölkə arasında hava əlaqəsini bərpa eləmək üçün Ukraynaya təklif göndərib.
“Rosaviatsia” agentliyi oktyabrın 28-də Ukraynanın aviasiya xidmətinə rəsmi məktub göndərdiyini deyir.
Məktubda Rusiya tərəfinin hava əlaqəsini bərpa eləmək üçün danışıqlara hazır olduğu bildirilir.
Amma məlumatlara görə Ukrayna təklifi qəbul etməyib.
Kiyevin oktyabrın 25-də tətbiq etdiyi sanksiyalardan sonra iki ölkə arasında birbaşa hava reysləri dayanıb.
Buna görə hər ay 10 minlərlə sərnişin əziyyət çəkir.
İndi sərnişinlər ya 3-cü ölkədən uçur, yada qatarla 13 saatlıq yol qət etməli olurlar.