Rusiya Blatterin dediklərini rədd edir

Aleksei Sorokin

Rusiya rəsmisi deyir ki, 2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi ilə bağlı qalibi səsvermənin yekun nəticələrindən sonra biliblər.

Rusiya təşkilat komitəsinin rəhbəri Aleksei Sorokin oktyabrın 30-da deyib ki, onlar qərarı FİFA İcra Komitəsi 2010-cu il dekabrın 2-də nəticəni elan edərkən biliblər.

Sorokin bunu FİFA prezidenti Seep Blatterin bu həftə verdiyi bəyanata münasibət bildirərkən deyib.

Blatter müsahibəsində deyib ki, əvvəlcədən belə bir razılaşma olub ki, 2018-ci ildə dünya çempionatına Rusiya, 2022-ci ildə isə ABŞ ev sahibliyi eləsin.

Amma 2022-ci il üçün səsvermədə Qatar qalib gəlib.

Qeyd edək ki, Blatter prezidentlikdən istefa versə də növbəti seçkiyədək vəzifəsini icra etməli idi.

Amma FİFA-dakı korrupsiya qalmaqalına görə 90 günlük işdən kənarlaşdırılıb.

FİFA-ya prezident seçkisi gələn il fevralın 26-da keçiriləcək.