Suriya ilə bağlı daha bir görüş keçiriləcək

ohn Kerry

Fransanın xarici işlər naziri Laurent Fabius bildirib ki, nazirlər iki həftə ərzində Suriya münaqişəsi ilə bağlı daha bir görüş keçirəcək.

O oktyabrın 30-da Vyanada jurnalistlərə bildirib ki, 17 ölkənin diplomatları Suriya münaqişəsinin siyasi həlli yolunu tapmaq üçün ən cətin problemlər də daxil olmaqla bütün məsələləri müzakirə ediblər.

O qeyd edib ki, tərəflər arasında hələ də fikir ayrılıqları mövcuddur, amma biz növbəti görüş üçün lazımınca irəliləyişə nail ola bildik.

Həmçinin Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier bildirib ki, iki həftə ərzində Vyanada daha bir görüş keçiriləcək.

Oktyabrın 30-da Vyanada keçirilən görüşdə ilk dəfədir ki, İran da iştirak edib.

Moskva ilə Tehran təkid edir ki, Suriya prezidenti Bashar Assad istənilən keçid hökumətinin tərkibi olmalıdır.

ABŞ, qərb və ərəb ölkələri isə hesab edirlər ki, Bashar Assad getməlidir.

Danışıqlarda ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya,İtaliya,İran, İraq,Misir,Livan, Qətər, Səudiyyə Ərəbistanı və İordaniyanın nümayəndələri iştirak edir.