Azərbaycanda parlament seçkiləridir

-

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilir.
Səsvermə səhər saat 8:00-da başlayır. Saat 19:00-da bitəcək.

125 mandat uğrunda 767 namizəd mübarizə aparır.

MSK bildirir ki, seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçib.

Səsvermənin gedişi və nəticələri haqqında saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirəcək.

Bu dəfəki seçkidə ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar İnstitutu müşahidəçilik aparmayacaq.

Seçkidə əsas müxalifət partiyaları iştirak etmir. Əvvəlcə Demokratik Qüvvələrin Milli Şurası seçki kampaniyasında iştirakdan imtina edib. Azad və ədalətli seçkilər üçün şərait olmamasına etiraz edib. Səsverməyə bir neçə gün qalmış eyni səbəblərlə Müsavat Partiyası və NİDA hərəkatı seçkilərdə iştirakdan çəkilib.

Ekspertlər deyir ki, dairələrin əksəriyyətində seçkilər faktiki olaraq siyasi cəhətdən alternativzisdir. Yalnız bəzi dairələrdə ReAl hərəkatının, “Azadlıq 2015” blokunun və Ümid Partiyasının nümayəndələri hakimiyyətyönlü namizədlərə real alternativ təşkil edə bilər.