-
Rusiyada təyyarə qəzasında ölənlərə görə matəm günü elan olunub.
Oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğramış təyyarədə 224 nəfər həlak olub. Onların əksəriyyəti rusiyalılar idi.
Hadisə yerində xilasedicilər işləyir.
Rusiya Fövqəladə Hallar Nazirliyi də misirli həmkarlarına köməyə gedib.
Hadisənin səbəbi bəlli deyil. Belə ki, hava şəraiti normal olub. Təyyarə Misirin Şarm- əl-Şeyx kurortundan Sankt Peterburqa uçurdu
Bu, sovet və Rusiya aviasiya tarixində ən ağır qəza sayılır. 1985-ci ildə Özbəkistanda baş vermiş təyyarə qəzasında 200 nəfər ölmüşdü.