Rumınyada 3 günlük matəm elan edilib.

Foto arxiv

Rumınyada 3 günlük matəm elan edilib.

Oktyabrın 31-də Buxarestdəki gecə klublarından birində baş verən yanğında 27 nəfər ölüb,180 nəfər xəstəxanaya düşüb.

Hakim dairələr ölü sayının artacağını istisna eləmir.

Şənbə gününə keçən gücə “Colectiv” klubunda keçirilən rok-konsertə 400 nəfər yığışıbmış.

Ölkə prezidenti Klaus Iohannis bildirib ki, yanğının tədbir zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi güman edilir.

Şahidlərdən birinin dediyinə görə, zalda atəşfəşanlıq zamanı tavan yanmağa başlayıb, sonra isə partlayış baş verib.

Başqa bir şahid isə klubun girəcəyində basabas baş verdiyini deyir.