Ombudsman şikayət olmadığını deyir

Elmira Süleymanova

Ombudsman Elmira Süleymanova isə onlara seçkilərlə bağlı heç bir şikayət daxil olmadığını deyir.

Ombudsman deyib ki, günün sonuna qədər Bakıdakı bütün seçki dairələrindəki müxtəlif seçki məntəqələrinə baş çəkib və onlaraheç bir şikayət olmayıb.

Elmira Süleymanova Azərbaycanın böyük şəhər və rayonlarında da ombudsman təsisatının 45 əməkdaşının müşahidə apardığını deyir: “Ona görə də deyə bilərəm ki, bizə seçkilərlə bağlı heç bir şikayət daxil olmayıb”.

Elmira Süleymanova cəzaçəkmə müəssisələri və hərbi hissələrdə də səsvermə zamanı da heç bir pozuntu aşkar edilmədiyini deyir.