Təyyarə havada parçalanıb

-

Oktyabrın 31-də Misirdə qəzaya uğramış Rusiya təyyarəsi havada parçalanıb. Bunu qəzanın istintaqında iştirak edən, Rusiya Dövlətlərarası Aviasiya Komitəsinin rəhbəri Viktor Sorochenko noyabrın 1-də deyib. Onun sözlərinə görə, “təyyarə səmada parçalanıb və hissələri 20 kvadrat kilometrlik əraziyə səpələnib”.

Sorochenko qəzanın səbəbi barədə nəsə deməyin tez olduğunu sözlərinə əlavə edib.

Misirin Şarm əl-Şeyx kurortundan Sankt Peterburqa uçan təyyarə Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarədəki 217 sərnişin və 7 heyət üzvü həlak olub. Əksəriyyəti rusiyalılar olan sərnişinlər istirahətdən qayıdırdı.

Hələlik 162 nəfərin meyitinin qalıqları müəyyənləşdirilib.