Azərbaycan firavanlıq indeksində 71-cidir

Arxiv fotosu

-

Azərbaycan Rifah İndeksində 142 ölkə arasında 71-ci yerdədir.

Londonda yerləşən Legatum İnstitutu noyabrın 2-də 2015-ci il Rifah İndeksini açıqlayıb.

Artıq yeddinci ildir ki, Norveç dünyanın ən firavan ölkəsi elan olunur.

Bu indeks 8 kateqoriya əsasında tərtib olunur: İqtisadiyyat, Sahibkarlıq və İmkanlar; İdarəçilik; Təhsil; Səhiyyə; Təhlükəsizlik; Şəxsi Azadlıqlar və Sosial Kapital.

Beləliklə, dünyanın ən firavan 5 ölkəsi Norveç, İsveçrə, Danimarka, Yeni Zelandiya və İsveçdir.

İndeksin sonundakı 5 yeri isə Mərkəzi Afrika Respublikası, Əfqanıstan, Haiti, Çad və Burundi tutur.

Rusiya 58-ci, Ukrayna 70, Ermənistan 93, Gürcüstan isə 80-ci yerdə qərarlaşıb.