Lavrov xaricdəki rusiyalılardan yazır

Sergei Lavrov

-

Rusiyadan kənarda yaşayan rusdilli əhaliyə dəstək “Rusiyanın xarici siyasətinin şərtsiz prioritetidir”. Bunu Rusiya prezidenti Sergei Lavrov deyir.

Lavrov noyabrın 2-də Rusiya hökumətinə məxsus Rossiiskaya Gazeta-da dərc olunmuş məqaləsində belə yazır.

“Prezident Vladimir Putin də dəfələrlə təsdiqləyib ki, həmvətənlərimizin hüquqlarını canla-başla müdafiə edəcəyik, bunun üçün beynəlxalq hüququn bütün vasitələrindən yararlanacayıq,” Lavrov yazır.

Noyabrın 5-də Moskvada Xaricdə Yaşayan Rusiyalıların 5-ci Ümumdünya Konqresi keçiriləcək.