KİV haqqında qanuna dəyişiklik edildi

İlham Əliyev

-

«Kütləvi informasiya vasitələri haqqında» Qanunda dəyişiklik edilib.

AZƏRTAC-ın məlumatına görə, bununla bağlı noyabrın 2-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, KİV-də cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə yalan və ya təhrif edilmiş məlumatlar verildikdə, müvafiq dövlət orqanına təkzib və ya düzəliş tələbilə müraciət etmək hüququ verilir.