Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mərkəzi Bankın rəhbəri Kairat Kelimbetovu işdən azad edib.
Onun yerinə noyabrın 2-də prezidentin köməkçisi Daniyar Akishev təyin edilib və parlamentin yuxarı palatası təyinatı təsdiqləyib.
39 yaşlı Akishev 2014-cü ildə Prezident Administrasiyasına gəlməzdən əvvəl uzun vaxt Mərkəzi Bankda çalışıb.
Mərkəzi Bank milli valyuta tengeni qorumaq üçün indiyədək 1,7 milyard dollar xərcləyib ki, bu ehtiyatın 6 faizi deməkdir.
Tenge bu ilin avqustunda üzən məzənnəyə keçdikdən bu yana dollara nisbətdə dəyərinin 1/3-ni itirib.
Buna səbəb dünya bazarında neftin qiymətinin kskin düşməsi və Qazaxıstanın əsas ticarət tərəfdaşı olan Rusiya və Çindəki iqtisadi geriləmə olub.