Problemli kreditlərin həcmi artıb

Foto arxiv

Sentyabrda Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artıb.

Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, sentyabrda vaxtı keçmiş kreditlərin həcmi 20.2 milyon manat artaraq 1 milyard 353.8 milyon manata çatıb.

Bu, ilin əvvəli ilə müqayisədə 322.9 milyon, ötən ilin müvafiq dövrünə görə isə, 389.6 milyon manat çoxdur.