İraqda baş nazirin səlahiyyətləri daralır

Haider al-Abadi

İraq parlamenti baş nazir Haidar al-Abadinin islahatlarla bağlı səlahiyyətlərini məhdudlaşdırıb.

Baş nazir indən belə islahatlar aparmaq üçün parlamentdən razılıq almalıdır.

Deputat Muhsin al-Saadoun noyabrın 2-də deyib ki, səsvermə Abadinin islahatlar aparmasına qarşı yönəlməyib, amma parlament hökumətlə qanunverici hakimiyyət arasında səlahiyyətlərin bölünmısini istəyir.

Abadinin vitse-prezident və baş nazir müavinini işdən azad etməsi və dövlət qulluqçularının sayını ixtisar eləməsi siyasi partiyaların qəzəbinə səbəb olub.

Baş nazir islahatlar kampaniyasına bu ilin avqustundan-korrupsiya və pis xidmətlərə görə ölkədə keçirilən kütləvi etiraz aksiyalarından sonra başlayıb.