İlham Əliyev Erdoganı təbrik edib

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Prezident.az saytının məlumatına görə, dövlət başçısı Recep Tayyib Erdoganı hakim Ədalət və İnkişaf Partiyasını parlament seçkilərində inmalı qələbə münasibətilə təbrik edib, Türkiyə prezidentinə fəaliyyətində yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

İlham Əliyeviki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminlik bildirib.