-
İraq siyasətçisi Ahmad Chalabi noyabrın 3-də ürək tutmasından 71 yaşında dünyasını dəyişib. O, Bağdaddakı evində ölü tapılıb.
Chalabi ABŞ-ın İraqa hücumunu dəstəkləyən əsas fiqurlardan idi.
2003-cü ildə ABŞ-ın İraqa hücumu nəticəsində Saddam Hussein devrildi. Ondan sonra Chalabi vətəninə döndü, İraqın Hussein irsindən xilasını hədəfləyən proqramlara rəhbərlik etdi.
Vaşinqton vaxtiıə onu Saddam-ın potensial varisi sayırdı. Ancaq sonradan Amerikalı tərəfdaşlarının gözündən düşdü. Çünki haqqında məlumat verdiyi, Hussein-in malik olduğu edilən kütləvi qırğın silahları tapılmadı.