-
Avropa Birliyinin hüquq-mühafizə idarəsi İspaniya və Polşada 29 miqrant qaçaqçısını saxlayıb. Onlar pakistanlıları Avropa Birliyinə gətirir və qul kimi işləməyə məcbur edirmişlır.
Pakistanın mütəşəkkil cinayətkar şəbəkəsi mühacirləri Liviya və ya Türkiyədən Aralıq Dənizi ilə Avropa Birliyinə daşıyırmış. Məlumatı Haaqada mənzillənən Europol təşkilatı noyabrın 3-də yayıb.
Təzə gələnləri restoranlarda işləməyə məcbur edirmişlər ki, nəqliyyat və saxta sənədlərinin pulunu çıxarsınlar. Hərəsindən səfərə görə 14 min avro (15 min 440 dollar) alınırmış.
Fəhlələrə heç bir ödəniş ödənməyib, məzuniyyət verilməyib, alçaldıcı şəraitdə işləməyə məcbur ediliblər.
Həbslər oktyabrın 24-25-də Polşa və İspaniyada restoranlar və evlərdə aparılıb.