Putin Əliyevə zəng vurub

Vladimir Putin.

-

Noyabrın 4-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

V.Putin azərbaycanlı həmkarını Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Məlumatı prezidentin mətbuat xidməti yayıb.