Suriya qoşunları Hələb yolunu tutub

Foto arxiv

Foto arxiv

Suriyanın hökumət qüvvələri Hələb şəhəri ilə Mərkəzi Suriyanı birləşdirən əsas yola nəzərəti ələ keçiriblər.

Bu barədə Suriyanın dövlət informasiya vasitələri xəbər verirlər.

Dövlət televiziyasının noyabrın 4-də verdiyi məlumata görə, hökumət qüvvələri İslam Dövləti qrupu ilə döyüşlərdən sonra yola nəzarəti tam ələ keçirib.

Londonda fəaliyyət göstərən Suriya insan haqları mərkəzi xəbər verir ki, hökumət qüvvələri yolun tam təhlükəsizliyini təmin eləmək üçün yolun 10 kilometr şərqində yaraqlılarla mübarizə aparır.

Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatları keçirir.

Moskva əsas hədəfin İslam Dövləti qrupu, ABŞ və onun müttəfiqləri isə prezident Bashar Assada qarşı mübarizə aparan üsyançıların olduğunu deyir.

Rusiya ilə İran bu müharibədə Bashar Assadın, Qərb isə üsyançıların tərəfini saxlayır.