Noyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər zəif duman olacaq, yarımadanın bəzi yerlərində yağış ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Milli Hidrometrologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 6-10, gündüz 14-17 dərəcə isti olacaq.
Bölgələrdə də hava əsasən əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin gözlənilir.
Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 , gündüz 10-15 dərəcə isti olacaq.