İ.Əliyev:"Seçki xalqın iradəsini əks etdirir”

İlham Əliyev

“Azərbaycan demokratiya yolu ilə gedir və ölkədə bütün azadlıqlar təmin olunub. Son parlament seçkiləri xalqın iradəsini əks etdirir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni binasının açılışında sıxış edərkən deyib.

İlham Əliyev seçkinin şəffaf və ədalətli keçirildiyini bilfirib və qeyd edib ki, ölkədə inkişafı əngəlləyən amillər, o cümlədən korrupsiya aradan qaldırılmalıdır.

Qeyd edək ki, Noyabrın 1-də keçirilən parlament seçkisində hakim yeni Azərbaycan pariyası 125 yerlik parlamentdə 71 mandat qazanıb.