R.Mirqədirovun məhkəməsi qapalı olacaq

Rauf Mirqədirov .

Jurnalist Rauf Mirqədirovun işi üzrə məhkəmə prosesi qapalı olacaq.

Qərar noyabrın 4-də Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda qəbul edilib.

Turanın məlumatına görə, prosesdə vəkil Fuad Ağayev Mirqədirovun müdafiəçisinin yanında oturması, onun həbsdən azad edilməsi, cinayət işinə xitam verilməsi, habelə Ermənistan vətəndaşları Laura Bagdasaryan və David Shahnazaryanın məhkəməyə əlavə şahid kimi dəvət edilməsi haqqında vəsatətlər qaldırıb.

Ammavəsatətlərin heç biri təmin edilməyib və məhkəmə prosesi noyabrın 18-nə təyin edilib.

Prokuror Mübariz Miriyev, dövlət sirrinə aid məsələlərə baxılması ilə əlaqədar prosesin qapalı rejimdə keçirilməsini istəyib.

Rauf Mirqədirov 2015-ci il aprelin 19-da Türkiyədən deportasiya olunduqdan dərhal sonra həbs edilib.

O dövlətə xəyanətdə, ittiham olunur. Müdafiə tərəfi ittihamı rədd edir.