ABŞ üsyançılara daha çox silah verə bilər

Suriya, arxiv fotosu

-

ABŞ ordusu Suriya müxalifət qüvvələrinə daha çox silah verə bilər. Həmin qüvvələr son bir həftədə İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı ciddi şəkildə irəliləyiblər.

İD-ə qarşı ABŞ koalisiyasının sözçüsü polkovnik Steve Warren noyabrın 4-də deyib ki, Suriya Demokratik Qüvvələri İraq sərhədi yaxınlığında al-Haul kəndi ətrafında 255 kv kilometri İD-dən geri ala biliblər.

Bu qüvvələrə Suriya Ərəb Koalisiyası da daxildir. Koalisiya ötən ay ABŞ-dan 50 tonluq sursat qəbul edib. Sursat onlara havadan atılıb.

Warren deyib ki, əməliyyata ABŞ hava zərbələri dəstək verib. 79 İD döyüşçüsü həlak olub, İD-nin silah sistemləri dağıdılıb.