-
Minlərlə rumıniyalı noyabrın 4-də artıq ikinci gecə Buxarest küçələrinə çıxıb. Bir gün öncə onların tələbiylə baş nazir Victor Ponta istefa vermişdi.
Nümayişçilər erkən seçilər və siyasi islahatlar tələb edirlər.
Buxarestdə gecə klubunda 30-dan çox insanın həyatına son qoyan yanğın bu etirazlara gətirib. Artıq etirazlar digər şəhərlərə yayılmaqdadır.
Noyabrın 5-də prezident Klaus Iohannis-in baş nazir seçmək və yeni hökumət formalaşdırmaq məqsədilə siyasi partyalarla məsləhətləşmələrə başlayacağı gözlənir.