Rusiya Suriyaya raketlər göndərir

Viktor Bondarev (sağda)

-

Rusiya Hava Qüvvələrinin komandiri deyir ki, Rusiya Suriyaya təyyarə əleyhinə raket göndərir.

Komsomolskaya Pravda noyabrın 5-də general polkovnik Viktor Bondarev-lə müsahibə dərc edib. O, deyib ki, “bütün mümkün hədələri nəzərə alaraq” bu qərar verilib.

Bondarev əlavə edib ki, məsələn, Suriyanın qonşuluğunda bir ölkədə hərbi təyyarə ələ keçirilə və Rusiya qüvvələriən qarşı istifadə oluna bilər.

Komandir raketin növünü açıqlamayıb.


Bondarev onu da deyib ki, hazırda Rusiyanın Suriyada 50-dən çox təyyarəsi və vertolyotu var.