Pakistanda xilasetmə işləri gedir

Qəza yeri, 4 noyabr, 2015-ci il

-

Pakistanın şərqindəki Lahor şəhərində dağılmış zavodun dağıntıları arasında xilasetmə işləri gedir. Noyabrın 4-də baş vermiş faciə zamanı azı 18 nəfər həlak olub.

Hadisə yerində kranlar və buldozerlər işləyir. Hələlik dağıntılardan 100 nəfər salamat çıxarılıb.

Bu zavodda alış-veriş torbaları hazırlanırdı.

Rəsmilər dağıntı zamanı binada 150 nəfərin, fəhlələr isə daha çox adamın ola biləcəyini deyir

Qəzanın səbəbi hələlik bəlli deyil.

Bir rəsmi versiya odur ki, ötən həftə 400 nəfərin ölümünə səbəb olmuş 7.5 ballıq zəlzələdə binanın strukturu zədələnib.