-
Azərbaycan Xarici İşlər Nazirliyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanında Daimi müşahidəçisi vakant vəzifəsinə səfir Aqşin Mehdiyevin namizədliyi irəli sürüb.
Xəbəri Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Noyabrın 4-də İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada Aqşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbulu təsdiq edilib. O, vəzifə səlahiyyətlərinin icrasına dekabrın 1-dən başlayacaq.
Aqşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycanın Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.
İƏT-in Avropa İttifaqı yanında əvvəlki Daimi müşahidəçisi Arif Məmmədov bir müddət öncə vəzifəsindən kənarlaşdırılıb. Ona qarşı cinayət işi açılıb. Arif Məmmədov hazırda Brüsseldə yaşayır.