Pakistanda ölü sayı 20-ə çatdı

Foto arxiv

Pakistanın Lohar şəhərində xilasedici əməliyyatlar davam etdirilir.

Son məlumatlara görə noyabrın 4-də uçmuş fabrikin tör-töküntüləri altından 20 cəsəd çıxarılıb.

Xilasedici əməliyyatlara qaldırıcı kranlar, bulduzer və hərbçilər də cəlb edilib.

Məlumatlara görə dağıntıların altından 100 sağ adam çıxarılıb.

Rəsmilər dağıntı zamanı binada 150 nəfərin, fəhlələr isə daha çox adamın ola biləcəyini deyir.

Bu fabrikdə alış-veriş torbaları hazırlanırdı.

Qəzanın səbəbi hələlik bəlli deyil.

Rəsmilərin sözlərinə görə, ötən həftə baş verən 7.5 ballıq zəlzələdə bina zədələnibmiş.

Qeyd edək ki, həmin zələzələdə 400 adam ölüb.