Tenge düşməkdə davam edir

Foto arxiv

Qazaxıstanın milli valyutası tenge dollara nisbətdə minimum həddə düşüb.

Belə ki, tenge noyabrın 6-da dollara nisbətdə 3 faizdən də çox ucuzlaşıb.

Qazaxıstan hökuməti ötən ilin avqustunda uzən məzənnə tətbiq etdikdən bu yana ümumilikdə tenge dəyərinin 1/3-ni itirib.

Buna səbəb dünya bazarında neftin qiymətinin kəskin düşməsi və Qazaxıstan əsas ticarət tərəfdaşları Rusiya və Çində baş verən iqtisadi geriləmədir.

Qazaxıstanın Mərkəzi Bankı tengeni qorumaq üçün eytiyat fonddan 5 milyard dollar xərclədiyini bildirir.

Prezident Nursultan Nazarbayev bu günlərdə köməkçisi Daniyar Akishevi Mərkəzi Bankın sədri təyin edib.

O bu vəzifədə Kairat Kelimbetovu əvəz edib.

Daniar Akishev prezident aparatına gəlməzdən əvvəl uzun müddət Mərkəzi Bankda çalışıb.